Azərbaycanın yeni təyin olunan müdafiə naziri, general-polkovnik Zakir Həsənov növbəti kadr islahatları həyata keçirib.
Qaynar.info xəbər verir ki, publika.az-ın Müdafiə Nazirliyindəki mötəbər mənbədən əldə etdiyi məlumata görə, müdafiə nazirinin müavini, Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev nazirin əmri ilə tutduğu vəzifədən azad olunub.
Onun yerinə Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin müavini, general-mayor Ramiz Tahirov təyin olunub.
Xatırladaq ki, Ramiz Tahirov 2009-cu il fevralın 11-də naməlum səbəbdən öldürülən Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin müavini vəzifəsində çalışıb. Daha sonra Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı təyin olunan Altay Mehdiyevin əsl hərbi ixtisası tank komandiri olub.
Müdafiə Nazirliyi isə Hərbi Hava Qüvvələrinin komandanı və nazir müavini Altay Mehdiyevin işdən azad olunması xəbərini təkzib edib.
Qaynar.info-ya nazirlikdən daxil olan məlumatda qeyd olunur ki, Hərbi Hava Qüvvələrinin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində gedən məlumatlar həqiqəti əks etdirmir.
Qaynar.info
Şərhlər