Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa ilə bağlı danışıb.
Paşinyan sözlərinə görə, müharibədən yayınmaq üçün torpaqları geri qaytarılmalı idi:
"Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”.
Şuşa barədə də danışan Paşinyan bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən orada heç bir yaşayış binası tikilməyib:
"Bu gün əlehdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il ərzində Şuşada neçə yaşayış binası tikilib? Cavab verirəm, bir dənə də. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”. /Qafqazinfo
<iframe width="640" height="350" src="https://www.youtube.com/embed/gRpfT6BV17k" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">