Xəbər lenti

Gizirimizi bir qəzada itirdik
Ölkə06:54 13.08.2014

Gizirimizi bir qəzada itirdik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında 25 yaşlı Nicat Hüseynqulu oğlu Babazadənin idarə etdiyi “Opel” markalı, 99 EP 188 dövlət nömrə nişanlı maşınla Rəşad İldırım oğlu Babayevin idarə etdiyi “Pajero” markalı, 50 CJ 609 dövlət nömrə nişanlı maşın toqquşub.

Zərbənin təsirindən Nicat Babazadə hadisə yerində ölüb.

Abşeron rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 08:14 radələrində Növxanı qəsəbəsi, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.

Qeyd edək ki, Nicat Babazadə Daxili Qoşunların giziri olub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info