Xəbər lenti

Gizli şəkildə toy etdilər: 670 min dollar xərclədilər
Maqazin 20:59 07.08.2026

Gizli şəkildə toy etdilər: 670 min dollar xərclədilər

Hollivud ulduzları Zendaya və Tom Holland 2016-cı ildə çəkiliş meydançasında başlayan münasibətlərini əvvəlcə real həyata, daha sonra isə evliliyə daşıyıblar. Cütlük ötən il nişanlandıqlarını açıqlasa da, evləndiklərini yalnız bir müddət sonra təsdiqləyib. İndi isə onlar yaxın dostları və ailə üzvləri üçün Böyük Britaniyanın Surrey qraflığında yerləşən malikanədə ikinci, qapalı toy mərasimi təşkil ediblər.

Qaynarinfo xəbər verir ki, məlumata görə, mərasim ötən çərşənbə axşamı keçirilib. Hazırda birlikdə rol aldıqları "Spider-Man: Brand New Day" və "The Odyssey" filmləri ilə gündəmdə olan cütlük toy üçün "Beaverbrook Hotel"i seçib.

Qonaqların və tədbirdə çalışan personalın mərasimə mobil telefonla daxil olmasına icazə verilməyib. Bundan əlavə, toyla bağlı hər hansı məlumatın yayılmasının qarşısını almaq üçün qonaqlardan tədbir barədə danışmamaları xahiş olunub.

İddialara görə, Zendaya və Tom Holland bu gizli toy üçün təxminən 670 min ABŞ dolları xərcləyiblər.

370 akr ərazidə yerləşən, 56 otaq və lüks nömrədən ibarət "Beaverbrook Hotel" tamamilə cütlüyün ixtiyarına verilib. Otel Tom Hollandın doğulduğu Cənub-Qərbi London bölgəsinə yaxın ərazidə yerləşir.

Cütlüyün evləndiyini ilk dəfə Zendayanın stilisti Lou Roç "Toy artıq baş tutub” sözləri ilə təsdiqləmişdi.

Bundan sonra sosial şəbəkələrdə Zendaya və Tom Hollandın toyunda çəkildiyi iddia edilən süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər geniş yayılıb. Cütlük bu fotolarla bağlı açıqlama verməyib. Bununla belə, onlar ictimaiyyət qarşısına nikah üzükləri ilə çıxaraq evliliklərini dolayısı ilə təsdiqləyiblər.

Zendaya və Tom Hollandın münasibəti "Spider-Man" filminin çəkilişləri zamanı başlayıb. Onlar 2025-ci ilin yanvarında nişanlanıblar.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->