Xəbər lenti

“Gizlin toy edəcəm, ata olmaq istəyirəm” - Tolik
Maqazin07:31 13.06.2016

“Gizlin toy edəcəm, ata olmaq istəyirəm” - Tolik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən həftə özünə təmtəraqlı ad günü keçirən şou-biznesin qalmaqallı prodüseri Tarix Əliyev doğum tarixindən söz açıb. Tolikin dediyinə görə onun doğuşu heç də asan olmayıb. 

Qaynarinfo.az xəbər verir ki, prodüsser səhər saat 6-da dünyaya gəldiyini və həmin gün ildırım çaxdığını, hətta işıq dirəklərinin belə aşdığını söyləyib. Tanınmış prodüsser artıq evlənmək arzusunda olsa da, bunu hər kəsdən gizlin edəcək. Səbəbini isə elə Tolikin özü açıqladı:

“Mən evlənsəm bunu kimsə bilməyəcək. Çünki qoy insanlar deməsin ki, Tolik də  indi evləndi 6 ay sonra boşanacaq. Ailədən daha çox istərəm ki, övladım olsun. Gedim xarici ölkələrin birinə, süni mayalanma yolu ilə övlad sahibi olum. Atam da baba olmaq arzusundadır.”

Qaynarinfo.az