Xəbər lenti

Gömrük Komitəsində kütləvi yerdəyişmə
Ölkə12:59 31.10.2013

Gömrük Komitəsində kütləvi yerdəyişmə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbərlik etdiyi qurumda kadr islahatlarına başlayıb.

AzNews.az xəbər verir ki, kadr islahatları hələlik yerdəyişmələrlə yekunlaşıb. Belə ki, rayon gömrük idarələrinin rəislərinin yeri dəyişdirilib.

Son günlər yeri dəyişdirilən idarə rəisləri arasında Biləsuvar, Xaçmaz, Yevlax, Tovuz gömrük idarələrinin rəhbərləri də var. Yaxın zamanda digər rayonların gömrük idarələrinin rəhbərlərinin də bir-birini əvəz edəcəyi gözlənilir.

Qeyd edək ki, AzNews.az oktyabrın 30-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin müvafiq əmri ilə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilovun işdən çıxarıldığı barədə məlumat yaymışdı. A. Əliyevin əmri ilə Aksiz Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunan Ehtram Xəlilovun yerinə isə Tovuz rayon Gömrük idarəsini rəisi Vəzir Həsənov gətirilib.

Qurumda aparılan kadr islahatları ilə bağlı Dövlət Gömrük Komitəsindən rəsmi məlumat almaq mümkün olmayıb.

Qaynar.info