
Bəzi gömrük rüsumlarının artırılması, bəzilərinin isə azaldılması mümkündür.
Qaynar.info report-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A.Əliyevin sözlərinə görə, Komitə bu məsələ ilə bağlı artıq hökumətə təkliflər göndərib:
"Biz yerli istehsalı qorumaq niyyətindəyik. Buna görə də Azərbaycanda istehsal edilən məhsullara görə idxal rüsumlarının artırılması, istehsal edilməyən məhsullara görə isə rüsumların azaldılmasını təklif etmişik".
Qaynar.info