Xəbər lenti

Göygöl rayonunda “Səyyar qəbul otağı” quruldu
Ekonomiks16:37 02.05.2023

Göygöl rayonunda “Səyyar qəbul otağı” quruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi "Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub. "Səyyar qəbul otağı”nda ümumilikdə 6 müraciət ünvanlanıb. 
Qaynarinfo xəbər verir ki, müraciətlərin qeydə alındığı siyahıda fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və debitor borcun ödənilməsində köməkliyin göstərilməsi kimi istəklər yer alıb. 
Gəncə RQİİ-nin rəhbər şəxsləri səsləndirilən problem və təkliflər barədə aksiya iştirakçılarına ətraflı məlumat veriblər. 
Daha sonra bəzi müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.