Xəbər lenti

Güclü külək balıqçıların qayığını aşırdı, adada qaldılar
Ölkə09:42 13.07.2019

Güclü külək balıqçıların qayığını aşırdı, adada qaldılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 12-də saat 20:40 radələrində Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində balıqçıların qayığı aşıb.
Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, hadisə güclü küləyin əsməsi nəticəsində baş verib. 
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlib, vətəndaşların köməyi ilə adada köməksiz vəziyyətdə qalan S.Hənifəzadə və H.Hüseynov adlı balıqçıları xilas edərək sahilə çıxarıblar.
Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.