Xəbər lenti

Güclü küləklə bağlı daha bir xəbərdarlıq
Ölkə16:04 20.04.2022

Güclü küləklə bağlı daha bir xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əvvəlcədən xəbər verildiyi kimi, aprel ayının 20-si axşam saatlarından başlayaraq 21-i gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
"Şamaxı və Göygöldə yerləşən dopleradar məlumatlarına əsasən respublikanın şimal və qərb rayonlarında yağıntıların intensiz olması nəticəsində bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçməsi ehtimal edilir.
Yaxın saatlarda şimal küləyinin sürəti saniyədə 25-30, gecə saatlarında isə 33 metrədək güclənəcək. Respublikanın bəzi rayonlarında isə güclü külək müşahidə olunacaq”, - U.Tağıyeva qeyd edib.