Guido siklonu Rusiyanın Avropa hissəsinə yağışlar,
dolu və şiddətli küləklər gətirib.
Qaynarinfo xəbər verir ki, güclü qasırğa Tver vilayətinin
qərb rayonlarından keçərkən şahidlər sosial şəbəkələrdə dağılmış kənd evlərinin
foto və videolarını yerləşdiriblər. Külək binaların damlarını uçurub, qalın
ağacları kibrit kimi qırıb, yerli sakinlər qasırğa zamanı yaranan bir neçə
tornadonu lentə alıb.
Pis hava şəraitinin bir neçə kiçik bağ evini və
alış-veriş pavilyonlarını da aşırdığı bildirilir. Tver vilayətinin
Andreapolski, Rjevski, Toropetski və Ostaşkovski rayonları təbii fəlakətdən ən
çox ziyan görüb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə 15 nəfər
qasırğadan xəsarət alıb, üç nəfər isə (bir uşaq da daxil olmaqla) ölüb.
Alpər
Şərhlər