Xəbər lenti

Gül İlham Əliyevlə təkbətək görüşdü - FOTOLAR
Siyasət08:58 05.06.2014

Gül İlham Əliyevlə təkbətək görüşdü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısına start verilib. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident Abdulla Gülün ev sahibliyi etdiyi toplantıda Türkmənistan dövlət başçısı Qurbanqulu Berdimuhammedov, Qırğızıstan prezidenti Almazbek Atambayev, prezident İlham Əliyev iştirak edib. Toplantıdan əvvəl Abdulla Gül prezidentlərlə təkbətək görüş keçirib.

Bodrum Hilton Türkbükü otelində baş tutacaq toplantıda enerji və mədəniyyət sahələrində işbirliyinə dair kokret addımlar atılması gözlənilir.

Qeyd edək ki, Türkmənistan prezidenti bu il dördüncü dəfə keçirilən zirvə toplantısına ilk dəfə qatılır.

***

Toplantıda çıxış edən Türkiyə prezidenti Abdulla Gül bildirib ki, builki zirvənin əsas mövzusu turizm olacaq.