Xəbər lenti

Gülər Əhmədova ABŞ səfirini və Cəmil Həsənlini məhkəməyə çağırdı
Siyasət07:59 21.10.2013

Gülər Əhmədova ABŞ səfirini və Cəmil Həsənlini məhkəməyə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün keçmiş deputat Gülər Əhmədovanın məhkəməsi başlayıb.

Musavat.com-un xəbərinə görə, Gülər Əhmədova məhkəmədə bəyanat verib. O bildirib ki, ABŞ və ATƏT onu cinayətkar adlandırıb: "Məhkəmə olmadan onların məni cinayətkar adlandırmağa nə haqqı var? Cəmil Həsənli məni 9 milyonluq xalqın qarşısında biabır edib, "mandat alverçisi" adlandırıb. Tələb edirəm ki, növbəti məhkəmə iclasında ABŞ səfirliyindən, ATƏT-dən nümayəndələr, eləcə də Cəmil Həsənli iştirak etsinlər".
 
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Qaynar.info