
Sabiq deputat təcridxanada əməliyyat olunub
Bu dəqiqələrdə əldə etdiyimiz məlumata görə, sabiq millət vəkili Gülər Əhmədova ağır əməliyyat keçirib. Qaynar.info xəbər verir ki, bu barədə AzNews.az xəbər portalı məlumat yayıb.
Məlumata görə, sabiq millət vəkili həbs olunduqdan sonra onu ağız boşluğundakı problemlər narahat edirmiş və elə bu səbəbdən də bir neçə dişi də çəkilmişdi: "Amma ciddi stress səbəbindən yaranan ağrıların şiddətlənməsi sonda tibbi müdaxiləni qaçılmaz edib. Nəticədə Gülər Əhmədovanın saxlandığı təcridxanaya həkimlər dəvət olunub və onun ağız boşluğunda əməliyyat həyata keçirilib".
Bildirilir ki, sabiq millət vəkilinə 4 tikiş vurulub və o hələ də narkozun təsirindən ayılmayıb.
Xatırladaq ki, sabiq millət vəkilinin səhhətində problemlərin yaranması mətbuatın gündəmindən düşmür. Onun ağız boşluğundakı problemləri isə ilk olaraq biz yazmışdıq. Hətta onun dişlərinin çəkilməsini də bildirmişdik.
Bugünkü əməliyyatla əlavə məlumatlar əldə etdikcə diqqətinizə çatdırmağa çalışacağıq.
Qaynar.info