Xəbər lenti

Gülər Əhmədovanın oğlu: “Danışmağa ixtiyarım yoxdur”
Siyasət06:13 07.05.2014

Gülər Əhmədovanın oğlu: “Danışmağa ixtiyarım yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şərti olaraq azadlığa buraxılan sabiq millət vəkili Gülər Əhmədovanın hazırda bağ evində istirahət etdiyi bildirilir. 

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı keçmiş deputatın oğlu Toğrul Əhmədovla əlaqə saxlayıb. 

T.Əhmədov anasının harada olduğunu bilmədiyini deyib: “Hazırda anamın harada olduğunu bilmirəm. Ümumiyyətlə, bu barədə danışmağa ixtiyarım yoxdur”.

Qeyd edək ki, sabiq millət vəkili G.Əhmədova ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı “rüşvət videoları”na görə saxlanılaraq barəsində 3 illik azadlıqdan məhrum etmə qərarı çıxarılmışdı. O, dünən dünən şərti olaraq azadlığa buraxılıb.

Qaynar.info