Xəbər lenti

Gülümsəyən cənabın “Xanım taksi”si...
Sənət14:17 17.12.2019

Gülümsəyən cənabın “Xanım taksi”si...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gülümsəyən cənabın "Xanım taksi”si ilin son kitabı olacaq. 
Yazıçı Azər Qismətin "Qadın taksi” adlı kitabının təqdimatı keçiriləcək. 
Qaynarinfo xəbər verir ki, kitabda müəllifin son illərdə qələmə aldığı hekayə və novellaları toplanıb. "Xanım Taksi” Biz Klub layihəsinin sayca 4-cü kitabıdır. 
Bu haqda saytımıza kitabın redaktoru Nicat Həşimzadə məlumat verib. 
Azər Qismət Azərbaycanda daha çox novellalar müəllifi kimi tanınır. "Xanım taksi” kitabındakı novellalarda müxtəlif insanların üzləşdiyi situasiyalar, həmin vəziyyətlərdən çıxmaq manevrləri incə yumorla təsvir edilib. Azər Qismət satirası hələ tələbəlik illərindən ssenari müəlllifi olduğu UŞU Şən və Hazırcavablar Klubundan geniş ictimaiyyətə təqdim edilməyə başlanıb. Onun novellaları əsasında telekanallarda səhnəciklər ifa edilib. 
Bu, müəllifin oxucularla 3-cü gorüşüdür. Onun "Duman” kitabı, "Çuğullar” romanı işıq üzü görüb. Xatırladaq ki, Azər Qismət tamaşaçılara "Xəbərçi” verilişinin aparıcısı, eləcə də "İç xəbər” proqramının redaktoru və aparıcısı kimi tanınşdır. Ədəbi camiada "Gülümsəyən cənab” adı ilə tanınır.
Hazırda AzTv-nin Ədəbi-Dram departamentinin baş redaktoru kimi fəaliyyət göstərir. 2016-cı ildə 400 nəfərin qatıldığı hekayə müsabiqəsində 1-ci yer tutub. Rusiyanın "Sodrujestva” müsabiqəsində 2-ci yer tutmaqla, əsərləri həmin ölkənin almanaxına salınıb. Hekayə və novellaları Ukrayna, Belarus, İran, Çexiya, Yaponiyanın ədəbi portallarında dərc edilib. 
Təqdimat 29 dekabr, 15.00-17.00 radələrində, metronun "28 May” stansiyasının yaxınlığındakı "Kitabevim.az” mağazasında keçiriləcək.