Sənət 10:30 28.10.2022

Gürcü aktyorlar Bakı səhnəsində

Gürcüstanın Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olacaq.
 
Qaynarinfo xəbər verir ki, gürcü teatrının kollektivi Bakıda dünya şöhrətli yazıçı Lev Tolstoyun "Kreyser Sonatası” əsəri əsasında eyniadlı tamaşanı nümayiş etdirəcək. 

Tamaşa 25-30 noyabrda Mədəniyyət Nazirliyi və "Teatro.az” sənət portalının "Şuşa ili”nə həsr etdiyi "4.4” qısa tamaşalar Festivalı çərçivəsində təqdim olunacaq. 

Qeyd edək ki, tamaşanın quruluşçu rejissorları Levan Tsuladze və Temo Kupravadır. Səhnə əsərinin  xoreoqrafı Tinatin Tsuladze, musiqi tərtibatçısı Zura Qaqloşvili, video mühəndisi David Dvalişvili, səs operatoru Lia Şilakadze, işıq operatorları Tamaz Dudaşvili, Gela Mumladze, rejissor assistenti Nino  Jorjolianidir. 

Bahar Rüstəmli