Xəbər lenti

Gürcülərin Azərbaycandan bəyəndiyi futbolçuların adları açıqlandı
İdman12:26 02.09.2015

Gürcülərin Azərbaycandan bəyəndiyi futbolçuların adları açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan millisinin sentyabrın 4-də Şotlandiya, 7-də isə İrlandiya ilə seçmə oyunları üçün heyəti açıqlanıb.

Qaynar.info xəbər verir ki, əvvəl ölkəmizdə çalışmış baş məşqçi Kaxaber Tsxadadze 24 oyunçuya dəvət göndərib.

Onun Azərbaycana göndərdiyi köməkçisi Georgi Çixradzenin Azərbaycan Premyer Liqasının II turunun "İnter" - "Neftçi" oyununda (1:0) bəyəndiyi futbolçuların adlarına da bu heyət vasitəsilə aydınlıq gəlib. Belə ki, "İnter"in təcrübəli mərkəz müdafiəçisi Zurab Xizanişvili və mərkəz yarımmüdafiəçisi Nika Kvekveskiri yığmaya çağırılıb. Millisində 90 oyun keçirmiş Zurabdan fərqli, Nika ilk dəfə yığmasından dəvət alır.

Bundan başqa, Bakı "İnter"inin sabiq futbolçuları Aleksandr Amisulaşvili ("Karşıyaka"), Georgi Novalovski ("Dila"), Baçana Tsxadadze ("Flamurtari") və "Bakı"nın keçmiş cinah müdafiəçisi Georgi Popxadze ("Flamurtari") də Gürcüstan millisinə dəvət alanlar arasındadır.

Qeyd edək ki, "Qarabağ"dan Ansi Aqolli Albaniya millisinin Danimarka və Portuqaliya ilə seçmə oyunlarına çağırılıb. Eləcə də "Qarabağ"ın makedoniyalı yeni transferi Vladimir Dimitrovski Lüksemburq və İspaniya ilə seçmə matçlar üçün dəvət alıb.

Qaynar.info