Xəbər lenti

Gürcüstan DTX: Suriyalı döyüşçülərin Türkiyədən Azərbaycana keçməsi barədə məlumatlar yalandır
Siyasət09:20 03.10.2020

Gürcüstan DTX: Suriyalı döyüşçülərin Türkiyədən Azərbaycana keçməsi barədə məlumatlar yalandır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Suriyada hərbi əməliyyatlarda iştirak edən silahlı birləşmələrin Türkiyədən Azərbaycana Gürcüstan ərazisi vasitəsilə keçməsi barədə məlumatlar yalandır və bölgədəki vəziyyəti daha da gərginləşdirməyə yönəldilib”.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili bildirib.
Onun sözlərinə görə, DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə aktiv əlaqəni davam etdirir:
"Təhlükəsizlik məsələləri üzrə bütün qərarlar regiondakı vəziyyət və cari proseslər nəzərə alınmaqla qəbul ediləcək. Gürcüstanın dövlət təhlükəsizliyi və bölgədəki sabitliyə təhdid olan istənilən fəaliyyətə qarşı qanunauyğun tədbirlər görüləcək”.