Xəbər lenti

Gürcüstan İran qazının alışı barədə hələ danışıq aparmır - Nazir
Ölkə10:13 29.02.2016

Gürcüstan İran qazının alışı barədə hələ danışıq aparmır - Nazir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan qiymətlərin yüksək olmasına görə İran qazının alışı barədə hələ danışıq aparmır. Bunu Bakıda Trend-ə Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, İran qazının Gürcüstana tədarükü iki yolla mümkündür: "Azərbaycan və ya Ermənistan ərazisi ilə. Lakin İran qazının qiymətləri rəqabət qabiliyyətli deyil, buna görə də İran qazının alışı barədə söhbət yalnız gələcəkdə gedə bilər".

Nazir qeyd edib ki, gələcəkdə İran qazının nəqli Azərbaycan ərazisi ilə mümkün olacaq.

Qaynar.info