Xəbər lenti

Dünya 13:27 01.10.2023

Gürcüstan prezidenti Rusiyanın növbəti qurbanlarının adını açıqladı

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya prezidenti Vladimir Putinin yeni qurbanının hansı ölkələr ola biləcəyi barədə suala cavab verib.

Qaynarinfo xəbər verir ki, Zurabişvili Litvaya səfəri zamanı LRT telekanalına müsahibəsində Rusiya liderinin Gürcüstan və ya Baltikyanı ölkələrə hücum edə biləcəyini deyib:

"Bütün Avropa və demokratiyanın özü, demokratiyanın gələcəyi təhlükə altındadır. Bu, hazırda Ukraynada gedən ən mühüm döyüşdür və Ukrayna bu döyüşdə qalib gələcək, çünki o, dünyanın qalan hissəsi üçün qeyri-mümkün görünən uzun müddət müqavimət göstərib. Bu, onun yenilməz olduğunu göstərə biləcəyi bəlkə də ən vacib hərbi vasitədir. Ukraynanın və onun prezidentinin nümayiş etdirdiyi mətanət və cəsarət bütün dünyaya göstərir ki, onlar Rusiyanın hərbi qüdrətinə qarşı durmağa, rus ordusuna müqavimət göstərməyə, rus ordusunu alçaltmağa qadirdirlər", deyə Zurabişvili bildirib.

Gürcüstan lideri qeyd edib ki, Rusiya ordusunun komandanlığında kadr dəyişiklikləri, "Vaqner”in lideri Yevgeni Priqojinin ölümü və müharibə strategiyalarının dəyişməsi Putinin ambisiyalarını reallaşdıra bilmədiyini göstərir:

"O, artıq birinci raundda uduzub. İndi Ukraynanın qalib gəlməsi lazımdır və Ukraynanın qələbəsi hamımızın qələbəsinə səbəb olacaq, sülh və sabitliyin təmin olunmasına kömək edəcək".

Onun sözlərinə görə, ukraynalılar və avropalı tərəfdaşların həmrəyliyi Putini dayandıra bilər, Rusiya lidri belə birliyi gözləmirdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->