Gürcüstan Prezidenti Salome Zurabişvili üçün nəzərdə tutulmuş bütün tədbirlər təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident administrasiyası bəyanat yayıb.
Bəyanatda deyilir ki, Gürcüstan Prezidenti ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar kütləvi tədbirlərdə iştirak etməyəcək və Tokio Olimpiadasında iştirak etmiş idmançılarla görüşməyəcək.