Xəbər lenti

Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı artırdı
Ekonomiks16:45 15.11.2021

Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı artırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin ilk 10 ayında Gürcüstanın Azərbaycandan tədarük etdiyi elektrik enerjisinin həcmi 505,7 milyon kilovatt/saat təşkil edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
Sənədə əsasən, bu, ötən ilin eyni göstəricisindən 1,56 % çoxdur.
Yanvar-oktyabrda Gürcüstan ümumilikdə 1 724,5 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib ki, bunun da 29,32 %-i Azərbaycanın payına düşüb.
Hesabat dövründə qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü 1057,6 milyon kilovatt/saatla Rusiya olub.
İlk 10 ayda Gürcüstan Azərbaycandan Türkiyəyə 318,3 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit edib.