Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 68,2 min ABŞ dolları dəyərində 93,6 ton xiyar (təzə və ya soyudulmuş) idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq 8 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana xiyar ixrac edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 5,7 milyon ABŞ dolları dəyərində 8 min 833 ton xiyar alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18 % və 14 % azdır.
Hesabat dövründə Gürcüstan Türkiyədən 4,6 milyon ABŞ dolları dəyərində 6 min 541 ton, İrandan 1,1 milyon ABŞ dolları dəyərində 2 min 150 ton, Özbəkistandan 21,5 min ABŞ dolları dəyərində 43 ton, İordaniyadan 2,7 min ABŞ dolları dəyərində 5,6 ton xiyar alıb.
Şərhlər