Xəbər lenti

Gürcüstanın səhiyyə naziri istefa verdi
Siyasət17:33 09.12.2021

Gürcüstanın səhiyyə naziri istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze istefa verib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, keçirdiyi xüsusi brifinqdə deyib.
E.Tikaradze tibb sektorunda çalışanlara əməkdaşlığa görə minnətdarlığını bildirib və nazirliyə rəhbərlik etdiyi dövrdə əldə olunmuş nailiyyətlərdən danışıb.
Qeyd edək ki, E.Tikaradze nazir vəzifəsini 2019-cu ilin iyunundan tutub.