Xəbər lenti

Habil Əliyev: “Yaxşı ki, cavanlıqda arvadı boşamadım”
Sənət15:32 03.05.2015

Habil Əliyev: “Yaxşı ki, cavanlıqda arvadı boşamadım”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti, ustad sənətkar Habil Əliyevin səhhəti yaxşılaşsa da, kaman ustadı hələ də evdən bayıra çıxmır. Publika.az-a danışan sənətkar səhhətinin get-gedə gümrahlaşdığına görə ömür-gün yoldaşı Şərqiyyə xanıma borclu olduğunu deyib və zarafatından da qalmayıb: 
“Yaxşıyam, evin içində gəzib-dolanıram. Şərqiyyə olmasa, çoxdan ölərdim. Yaxşı ki, cavanlıqda arvadı boşamadım, yoxsa, indi çoxdan qəbirdə olardım. Şərqiyyəyə zarafatla deyirəm ki, yadındadır, o vaxt səni boşamaq istəyirdim. Zarafat edirəm, mən arvad sarıdan yarıyan kişilərdənəm. Kişini yaxşı saxlayan onun xanımıdır. Yeməyimi, yatmağımı saatbasaat hesablayır. Allah onu mənə çox görməsin”.
Qaynar.info