Xəbər lenti

Hacı Nuran nə vaxt ailə quracaq? - "İstəyirəm, planımda var"
Maqazin20:43 16.06.2016

Hacı Nuran nə vaxt ailə quracaq? - "İstəyirəm, planımda var"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Uzun müddətdir Almaniyada xərçəng xəstəliyindən müalicə alan aparıcı Hacı Nuran efirə qayıdır. 

Qaynarinfo.az axşam.az-a istinadən bildirir ki, o, yeni mövsümdə verilişini təqdim edəcək. 

Hacı Nuran "Hər şey daxil" verilişində bunları bildirib:

"Yeni nəfəslə, yeni veriliş olacaq. Yayda bir az müalicə götürəcəm. Yeni mövsümdə başlayacam. Bu tərz verilişə efir məkanında ehtiyac var".

Aparıcı "Planda evlənmək yoxdur" sualına belə cavab verib:

"İstəyirəm, planımda var. Allahın qismətiylə o da olacaq".

Qaynarinfo.az