Teleaparıcı Nuran Hüseynovun səhhəti yenidən pisləşib və o, Almaniyaya yollanıb. “Qafqazinfo”nun məlumatına görə, aparıcı bu haqda özü paylaşım edib:
“Yenə xəstəxanada... Nəsə səhhətim pisləşib...”
Xatırladaq ki, Hacı Nuran xərçəng xəstəliyi ilə əlaqədar uzun müddət Almaniyanın Düsseldorf şəhərindəki “Uniklinika”da müalicə alıb. O, Azərbaycana fevralda qayıtmışdı.
Qaynar.info