Xəbər lenti

Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Sənət12:42 22.02.2019

Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 
Qaynarinfo-nun verdiyi xəbərə görə, sərəncam Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi daşıyır. 
Qeyd edək ki, 2019-cu ilin mart ayında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.