XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Hafiz Ağcabədili Səxavət Məmmədovun qohumudur? (AÇIQLAMA)
Maqazin14:31 27.08.2026

Hafiz Ağcabədili Səxavət Məmmədovun qohumudur? (AÇIQLAMA)

Çinarə Məlikzadədən sonra daha bir müğənni sosial şəbəkələrdə məşhurlaşmağa başlayıb. “TikTok”da bəzi izləyicilər Xanəndə Hafiz Məmmədovu mərhum xanəndə Səxavət Məmmədovun qohumu kimi təqdim edir. O, izləyicilər arasında Hafiz Ağcabədili kimi tanınır.

Xüsusilə duyğulu və zəngin vokal səsə malik olan ifaçının repertuarı əsasən Azərbaycan muğamları və xalq mahnılarından ibarətdir. Bütün fəaliyyətini toylara həsr edən ifaçı bu gün geniş səhnədə görünmür.

Hafiz Ağcabədili Qaynarinfo-ya açıqlamasında bunun səbəblərini açıqlayıb:

"Ağdam Musiqi Kollecini bitirmişəm. Əməkdar artist Firuz Səxavətin tələbəsi olmuşam. Soyadım Məmmədov olmasına baxmayaraq, Səxavət müəllimin qohumu deyiləm. Tanınmaq, geniş səhnədə olmaq istəyirəm. Tanınmaq üçün yol efirlərdən keçir. Amma bütün efirlər pulludur. Pulsuz dəvət etmirlər. Tələb edilən pul da büdcəmə uyğun deyil. Məcbur qalıb toylara gedirəm. Xalq da sağ olsun, toylardan ifalarımı götürüb paylaşırlar".

"Muğam" müsabiqələrinə niyə qatılmırsınız" sualına ifaçı belə cavab verib:

"Muğam" müsabiqələrinə qatılmamışam, çünki marağım yoxdur. Müsabiqə mənlik deyil. Ümidvaram ki, mən də geniş səhnəyə çıxacağam. Hazırda isə səsimlə daha çox pul qazanmaq istəyirəm. Toylardan çox dəvət alıram. Rusiya toylarına da gedirəm. Bəlkə nə vaxtsa şans üzümə gülər, efirlərdən də dəvət alaram".

Bahar Rüstəmli