Xəbər lenti

Hafiz Hacıyev də prezidentliyə namizəd oldu
Siyasət12:43 12.08.2013

Hafiz Hacıyev də prezidentliyə namizəd oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bazar ertəsi keçirilən iclasında öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Əli oğlu Məmmədovun prezidentliyə namizədliyi təsdiq edilib.

"Qafqazinfo" xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədirliyi ilə keçirilən görüşdə bəzi seçki dairələrinin hüdudlarında, dislokasiyasında və qrafik təsvirində dəyişiklik edilib.

Bundan əlavə iclasda MSK-nın 11 avqust 2013-cü il tarixli protokolu təsdiq edilib.

MSK sədri namizədləri imzatoplama prosesinə ciddi yanaşmağa çağırıb. O, qeyd edib ki, bu kifayət qədər əhəmiyyətli məsələdir.

***

MSK sədri həmçinin vurğulayıb ki, Müasir Müsavat Partiyası tərəfindən Hafiz Hacıyevin də prezidentliyə namizədliyi irəli sürülüb.


Qaynar.info