Xəbər lenti

Hafiz Hacıyev partiya sədrliyindən gedir
Siyasət16:54 18.09.2013

Hafiz Hacıyev partiya sədrliyindən gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah "Müasir Müsavat" Partiyasının sədri Hafiz Hacıyev  rəsmən  prezidentliyə namizədliyini geri götürəcək və partiya sədrliyindən istefa verəcək.

Avropa.info-nun əldə etdiyi məlumata görə, partiyanın  seçkilərdə iştirak etmək və təbliğat aparmaq üçün maliyyə imkanları olmadığından belə bir qərar veriləcək. Belə ki, namizədlərin sabahkı teledebatında Hafiz Hacıyev  bu qərarını elan edəcək.

Açıqlamasında Hafiz Hacıyev bu məlumatı təsdiqləyib." Bəli belə bir qərar gözlənilir. Açığı nə mənim səhhətim,nə də maliyyə imkanlarımız  bizə xalqın içinə getmək və  təbliğat aparmaq  imkanı vermir. Sabah partiyanın İdarə Heyyəti toplaşacaq və müvafiq qərar veriləcək. Çox güman ki, prezidentliyə namizədliyimi geri götürəcəm. Eyni zamanda partiya sədrliyindən də istefa vermək fikirim var. Partiyanın seçkilərdə iştirakını təmin edə bilmədiyim üçün istefa verməyim doğru qərar olar. Açığı partiya üzvlərinin bölgələrə getmək, xalqa fikirlərimizi çatdırmaq üçün maliyəyə ehtiyacımız var. Təssüf ki, hakimiyyətdəki destruktiv qüvvələr  bizə seçkidə iştiraka imkan vermədilər."

Qaynar.info