Xəbər lenti

Hafiz Hacıyev YAP-çıları mitinqinə dəvət etdi
Siyasət07:54 26.09.2013

Hafiz Hacıyev YAP-çıları mitinqinə dəvət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müasir Müsavat Partiyasının (MMP) sədri, prezidentliyə namizəd Hafiz Hacıyev Yeni Azərbaycan Partiyasının (YAP) funksionerlərini Bakıda keçirəcəyi mitinqə dəvət edib.

Modern.az-a açıqlamasında H.Hacıyev YAP-çıların onun mitinqinə gəlməsində problem görmədiyini deyib: “Bilirsinizmi bizdə siyasi mədəniyyət, seçki mədəniyyəti hələ tam formalaşmayıb. Mənim və yaxud onların bir-birimizin mitinqində iştirak etməsi kəşfiyyat xarakteri daşıyacaq mütləq. Lakin problem yoxdur buyursunlar gəlsinlər bizim mitinqə”.

Qaynar.info