Xəbər lenti

Hafiz Hacıyevin partiyası qeydə alınacaqmı?
Siyasət07:02 12.07.2023

Hafiz Hacıyevin partiyası qeydə alınacaqmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müasir Müsavat Partiyası Ədliyyə Nazirliyinə 5 mindən çox üzv siyahısı göndərib. 
Bunu Qaynarinfo-ya açıqlamasında partiya sədri Hafiz Hacıyev deyib.
Onun sözlərinə görə, siyahı "Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun tənzimlənib: 
"Qanuni dövlətdə yaşayırıq, düşünürəm ki, ədalətli qərar veriləcək. Bizdən heç nə asılı deyil, nə tələb edilib onu etmişik”. 
Siyasi mühitdə belə bir fikir formalaşıb ki, fəaliyyəti dayandırılan partiyaların sayının qarşıdakı aylarda artacağı gözlənilir. Yəni, 10-a yaxın  partiyanın Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək ehtimalının zəif olduğu deyilir. 
Hafiz Hacıyev bildirib ki, belə suala cavab vermək asan deyil:
"Bizdə belə bir məlumat yoxdur, sadəcə səbr edib, gözləmək lazımdır”. 
Bahar Rüstəmli