Xəbər lenti

Hakan Fidan Blinkenlə görüşdü
Dünya 12:39 06.11.2023

Hakan Fidan Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə TRT Haber yazır.
 
Bildirilib ki, ABŞ Dövlət katibi Ankaraya gecə saatlarında gəlib. 

Türkiyə səfərindən əvvəl Blinken Yaxın Şərqdə bir sıra görüşlər keçirib. O, noyabrın 3-də İsraildə Baş nazir Netanyahu ilə, 4 noyabr Əmmanda İordaniya, Misir, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə, noyabrın 5-i Ramallahda Fələstin prezidenti Mahmud Abbasla, daha sonra isə Bağdadda İraqın Baş naziri əl-Sudani ilə görüşüb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->