Xəbər lenti

Hakerlər ABŞ-da 7 milyon insanın DNT məlumatlarını oğurladı
Dünya 14:45 06.12.2023

Hakerlər ABŞ-da 7 milyon insanın DNT məlumatlarını oğurladı

ABŞ-ın "23andMe" genetik test şirkəti hakerlərin 7 milyon istifadəçinin DNT məlumatlarına giriş əldə etdiyini etiraf edib.

Qaynarinfo bu barədə "The Guardian”a istinadən xəbər verir.

Oktyabrın əvvəlində saytı sındıran hakerlərin əlinə 7 milyona yaxın insanın DNT məlumatları keçib.  

Daha 1,4 milyon insanın məlumatları müxtəlif istifadəçi məlumatlarını ehtiva edən əlavə geneoloji ağacı profilləri vasitəsilə pozulub.

"Bizə məlumat verildi ki, müəyyən müştəri profili məlumatı fərdi 23andMe.com hesablarına daxil olmaq yolu ilə toplanıb", deyə şirkətin açıqlamasında bildirilir.

Məlumata görə, hakerlər daha sonra profillərin ticarətinə başlayıblar və firmanın 4 milyon istifadəçinin qeydlərini ehtiva edən istifadəçi məlumatlarını açıqlayıblar. 

Şirkət müştərilərinin məlumatlarını qorumaq üçün "addımlar atdığını" bildirib. Xüsusilə aktiv istifadəçilərdən parollarını ləğv etməyi xahiş edib və iki addımlı doğrulama metodunu tətbiq edib.

Aydınlaşdırılır ki, hakerlər "23andMe"də istifadəçi adları və parolların əvvəllər sındırılmış digər saytlarda üst-üstə düşdüyü hallarda akkauntlara giriş əldə edə biliblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->