Xəbər lenti

Hakim Conni Depə qarşı iş üzrə qərara yenidən baxılmasından imtina etdi
Maqazin10:52 14.07.2022

Hakim Conni Depə qarşı iş üzrə qərara yenidən baxılmasından imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Virciniya hakiminin 13 iyul tarixli qərarına əsasən, keçən ay Conni Depin Ember Herd üzərində qələbəsini rəsmiləşdirən məhkəmə qərarı qüvvədə qalıb.
"Deadline” xəbər verir ki, hakim Penni Azkarat Ember Herdin keçmiş ərinin xeyrinə 10 milyon dollardan çox məbləğin ödənilməsinə dair məhkəmə qərarının ləğvi və yeni məhkəmə prosesinin təyin edilməsi barədə vəsatətini təmin etməyib. 
İyunun sonunda Herdin vəkilləri Depin xeyrinə təyin edilən təzminatı həddindən artıq adlandıraraq bütün prosesi şübhə altına alan sənədləri məhkəməyə təqdim ediblər. İşə yenidən baxılmasının səbəblərindən biri kimi Herdin komandası məhkəmədəki on beşinci andlı iclasçının sənədlərdə adı keçən şəxsdən fərqli olduğunu iddia edib.
Buna cavab olaraq iyulun 11-də Depin hüquq komandası Braun Rudnik Herdin mövqeyini "əsassız” və "qeyri-ciddi” adlandırıb. Hüquqşünaslar həmçinin bildiriblər ki, Herdin məhkəmə prosesində səhv andlı iclasçı məsələsini həll etmək üçün kifayət qədər vaxtı olub.
"Bu işin bütün tərəflərinə lazımi qaydada prosesual şərait yaradılıb. Dindirilmə ədalətli və qərəzsiz aparılıb, məhkəmə və hər iki tərəf potensial andlı iclasçıları öyrənib. Saxtakarlıq və ya qanun pozuntusu ilə bağlı heç bir sübut yoxdur”, - Hakim Azkarat öz qərarında bildirib.
Xatırladaq ki, aprelin 11-də ABŞ-ın Virciniya ştatının məhkəməsində Conni Depin iddiası üzrə işə baxılıb. İddia ərizəsində aktyor Herdin "Vaşinqton Post” qəzetində məişət zorakılığına məruz qaldığına dair məqalə yazaraq onu böhtan atdığını iddia edib. O, keçmiş həyat yoldaşından 50 milyon dollar təzminat tələb edib.
Nizami Bağırov