
Asiya Futbol Konfederasiyası Kuboku çərçivəsində Sinqapurda keçirilən bir oyunda 3 livanlı hakimin seks qarşılığında oyun satdığı ortaya çıxıb.
Qaynar.info-nun məlumatına görə, Sinqapurun Korrupsiyaya Qarşı Mübarizə Bürosu Əli Sabbah və köməkçilərinin bu planın içində olduğunu ortaya çıxarıb.
Hakimlər Əli Sabbah, Əli Eid və Abdallah Talibin oyundan əvvəl Şərqi Benqalda onlar üçün tutulan fahişələrlə cinsi əlaqəyə girdikləri öyrənilib.
Bürodan verilən açıqlamada "Sinqapurda bağışlanması mümkün olan çeylər yoxdur, ancaq hər hansı korrupsiya və oyun satma varsa cəza sərt olur" deyilib.
Sinqapurun Korrupsiyaya Qarşı Mübarizə Bürosu, Sinqapur Futbol Federasiyası və rəsmilər artıq birgə araşdırmalara başlayıblar.
Qaynar.info