Xəbər lenti

Hakim Yadigar Sadıqovla məsləhətləşibmiş
Siyasət09:44 10.06.2014

Hakim Yadigar Sadıqovla məsləhətləşibmiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat başqanının müşaviri Yadigar Sadıqovun Şirvan Apellyasiya Məhkəməsinə şikayəti üzrə prosesin təxirə salınmasının səbəbi bilinib. 

Prosesə sədrlik edən hakim İsmayıl Əhmədov deyib ki, işə çıxan hakimlərdən birinin anası rəhmətə getdiyi üçün belə addım atılıb: “Yadigar Sadıqovla da məsləhətləşib məhkəməni iyul ayının 1-nə təyin etdik. Onun Bakıdan, istintaq təcridxanasından Şirvana növbəti etapı ən tez iyunun 25-i olduğu üçün belə qərara gəldik”.

Yadigar Sadıqov ötən il iyunun 27-də tutulub, bu il yanvarın 13-də 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü Lənkəran Rayon Məhkəməsi çıxarıb. Müsavat başqanının müşaviri silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib.//musavat.com