
“Azərbaycanda Qərbin və Rusiyanın maraqları toqquşacaq”.
Bunu Qaynar.info-ya ölkədə seçkilər öncəsi vəziyyəti şərh edən politoloq Hikmət Hacızadə deyib.
H.Hacızadənin sözlərinə görə, Rusiya bölgədə maraqlarının təmin edilməsinə çalışır: “Rusiya istəyir ki, Azərbaycanın başında istənilən adam, istənilən diktator dursun, təki Rusiyanın maraqları təmin edilsin. Amerikanın istəyi isə tamam başqadır. Ona görə də regionda maraqlar toqquşa bilər”.
Politoloqun fikrincə, hazırda hakimiyyətin hansısa istiqamətə meyl etməsi müşahidə edilmir.