Xəbər lenti

Hansı ölkənin neçə nüvə silahı var?
Dünya 15:07 13.03.2025

Hansı ölkənin neçə nüvə silahı var?

Dünyada geosiyasi münasibətlər gərginləşdikcə, tez-tez belə bir sual ağlımıza gəlir: Hansı ölkənin neçə nüvə silahı var? 

Bu suala 100 faiz düzgün cavab tapmaq əslində çətindir. Çünki bu məlumat dövlət sirri kimi saxlanılır. Bununla belə, vəziyyəti anlamaq üçün hələ də bəzi məlumatlar mövcuddur.

Qaynarinfo xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hər il bu mövzuda hesabat hazırlayır. 2024-cü il hesabatına görə, dünyada 9 ölkə nüvə silahı döyüş başlığına malikdir.

2024-cü ilin yanvar hesabatına görə, ölkələrin inventarında olan təxmin edilən 12121 döyüş başlığından 9585-i potensial istifadə üçün hərbi ehtiyatlarda saxlanılır.

9585 nüvə başlığının 4380-i Rusiya ordusunun inventarındadır. ABŞ ordusu 3708 nüvə başlığı ilə ikincidir.

Bununla belə, istifadəyə hazır nüvə başlıqlarına görə ABŞ 1770-lə birinci, Rusiya isə 1710-la ikinci yerdədir.

Hər iki sahədə ilk iki yeri bölüşən ABŞ və Rusiyadan sonra Çin, Fransa, İngiltərə, Hindistan, Pakistan, İsrail və Şimali Koreya gəlir.

İnventar siyahısı aşağıdakı kimidir:

Rusiya: 4380
ABŞ: 3708
Çin: 500
Fransa: 290
İngiltərə: 225
Hindistan: 172
Pakistan: 170
İsrail: 90
Şimali Koreya: 50

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->