Xəbər lenti

Hansı rayonun icra başçısı daşa basıldı?
Ölkə14:41 30.06.2014

Hansı rayonun icra başçısı daşa basıldı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tərtərdə camaat ayağa qalxıb. Bələdiyyələr işləmək istəmir. 
Tərtər rayonunun yeni icra başçısı Müstəqim Məmmədov vəzifəyə təyin edildiyi gündən rayondakı obyektlərdən haqq yığmağa başlayıb.
Rayon sakinlərinin İnterpress.az-a verdiyi məlumata görə, Müstəqim Məmmədovun etdikləri camaatı qıcıqlandırır. Məktəblərdən, idarələrdən pul yığması azmış kimi, camaatın torpaqlarına da göz tikib. Bələdiyyələrin satdığı torpaqları geri qaytarıb mənimsəmək istəyir.
Tərtər rayon bələdiyyələri ilə əlaqə saxladıq. Adının çəkilməsini istəməyən bələdiyyə işçisi bildirdi ki, balanslarında olan torpaqları Müstəqim Məmmədov ələ keçirmək istəyir. "İcra başçısı əlimizdə olan torpaqları götürmək istəyir. Ona görə də bələdiyyələr işləmək istəmir. Başçı bizə haqq qoyur. Camaatdan əlavə pul istəyəndə onlar da haqlı olaraq narazılıq edirlər".
Rayon sakinlərinin verdiyi məlumata görə, bir neçə gün öncə Tərtər Rayon İcra Hakimiyyətinin həyətinə yığışıblar, ancaq Müstəqim Məmmədov onları qəbul etmədikdə onsuz da əsəbləri tarıma çəkilmiş camaat icra başçısının maşınını daşa basıb.
Qeyd edək ki, Müstəqim Məmmədov Yevlax rayon İcra Hakimiyyəti başçısının müavini olub və Elmar Vəliyevin ən sadiq kadrı sayılır.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq...
İnterpress.az