Xəbər lenti

Dünya 18:43 11.12.2025

"Harri Potter"ın çəkildiyi qalanı necə tapmaq olar?

Bu şəhərciyə baş çəkmək sanki nağıllar aləminə düşmək kimidir, çünki onun möhtəşəm qalası dünyadan turistləri və kinosevərləri cəlb edir. Söhbət İngiltərənin Nortumberlend qraflığının dərinliyində yerləşən Alnik kəndindən gedir.

Qaynarinfo xəbər verir ki, bunu "Mirror” yazır.

Bu şəhərcikdə yerləşən "sehrli” Alnik qalası yalnız zəngin tarixə malik deyil, həm də televizor ekranında gördüyünüz bir yer kimi sizə tanış gələ bilər.

Alnik qalası "Harri Potter” filmləri sayəsində məşhurdur. O, Sehrbazlıq və Sehrkarlıq məktəbi "Hoqvarts”ın rolu ilə ekranlara çıxıb və onun ərazisi məşhur səhnələrin bir hissəsi üçün fon kimi istifadə olunub.
 


Məqalədə qeyd olunur ki, kinosevərlər qalanın içərisində və həyətdə görə biləcəkləri çox şey tapır, hətta Harri, Ron və Hermionanın Hoqvartsdakı ilk illərində uçmağı öyrəndiyi yerdə süpürgə ilə uçuş dərsində belə iştirak edə bilərlər.

Qalanın ərazisində çəkilən unudulmaz səhnələrdən biri də uçan avtomobilin iç həyətə düşməsi hadisəsidir. Bundan başqa, "Harri Pot­ter"in kvidiç məşqlərinin mühüm səhnələri də qalanın xarici həyətində lentə alınıb.

"Mirror” vurğulayır ki, "Hoqvarts”dan əlavə, bu qala Böyük Britaniyada ən böyük ikinci yaşayış qalasıdır və artıq 900 ildən çoxdur ki, "Persi” ailəsinin evidir. I kateqoriyalı memarlıq abidəsi siyahısına daxil edilən bu tikilinin 1096-cı ildə Nortumberlend sərhədini qorumaq üçün inşa edildiyi güman edilir. Əvvəllər taxta konstruksiya olan qala zamanla daş istehkama çevrilib.
 


Qalanın yanında yerləşən bağ isə təbiət həvəskarları üçün unikal mənzərə təqdim edir.

"2001-ci ildə Nortumberlend hersoginyası tərəfindən salınan bu bağda 200-dən çox ingilis kolları və sarmaşıq qızılgülləri də daxil olmaqla heyrətamiz dərəcədə müxtəlif qızılgül növləri yetişdirilir. Ümumilikdə ziyarətçilər 4000-dən çox bitki növünü, o cümlədən dünyanın ən böyük "Taihaku" yapon alça çiçəyi kolleksiyasını görə bilərlər”, deyə nəşr bildirir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->