Xəbər lenti

“Hava şəraiti bizi qorxutmur”-  Laçın yolunda aksiya davam edir
Siyasət06:53 20.12.2022

“Hava şəraiti bizi qorxutmur”-  Laçın yolunda aksiya davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şuşada heç vaxt soyuq olmur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin üzvü Fəxrəddin Səfərov 9 gündür Şuşa-Xankəndi yolunda ekoloji terrorun qarşısının alınması məqsədi ilə QHT-lərin keçirdiyi aksiyadan danışarkən deyib.
Onun sözlərinə görə, hazırda Şuşada çox gözəl hava şəraiti müşahidə olunur: "Şuşanın qışı yayından-yazından da gözəldir. Az-az qar dənələri atır. Şuşanı soyuq bilib qalın paltar geyinən adamlar həmin paltarların heç birini geyinməyiblər. Şəhər çox gözəldir”. 
Fəxrəddin Səfərov deyir ki, aksiya davam edir: "İştirakçıların əksəriyyəti gənclərdir, amma yaşlı nəslin də nümayəndələri var. İştirakçıları heç nə qorxutmur, nə hava, nə qar. Mədəni sürətdə müraciət edirik. İstəyimiz odur ki, ekoloji terrora son qoyulsun”. 
Bahar Rüstəmli