Azərbaycanın Ukraynadakı səfiri, keçmiş deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adının hallandığı dələduzluq olaynın əsas fiqurantı Elnur İbrahimovun cəzası azaldılıb.
Qaynarinfo xəbər verir ki, Ali Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilən Elnur İbrahimovun kassasiya şikayətinə baxıb və onun cəzasını 3 ay azaldıb.
Elnur İbrahimov Elmira Axundovanın oğlu Həbib Axundovun dostu və şəriki olub. Müxtəlif adamlardan katric biznesilə bağlı birgə iş qurmaq adı ilə pul alıb. Zərərçəkənlərin şikayətindən sonra ölkədən qaçıb. 2016-cı ildə "İnterpol"un əməkdaşları tərəfindən Moskvada saxlanılıb. 2017-ci ildə Azərbaycana təhvil verilib.
Elnur İbrahimov məhkəmədə dələduzluq olayında Həbib Axundovun günahının olmadığını, bütün məsuliyyətin öz üzərində olduğunu bildirib. Zərərçəkmiş Fərman Məmmədov isə iddia edib ki, Elnur İbrahimov deputatın ailəsilə razılaşıb. Zərəçəkənlərin sözlərinə görə, o, adamları aldatmaqla əldə olunan vəsaitlərdən günaşırı Elmira Axundovaya 5 min manat pul verib. Hətta cinayət işində bunu təsdiq edən SMS-lər olduğu bildirilib.
Seyid