Xəbər lenti

Həbib Axundovun da adının keçdiyi dələduzluq işi ilə bağlı yeni məhkəmə
Ölkə 17:14 27.10.2025

Həbib Axundovun da adının keçdiyi dələduzluq işi ilə bağlı yeni məhkəmə

Keçmiş deputat və Azərbaycanın Ukraynadakı sabiq səfiri Elmira Axundovanın yaxın ətrafına daxil olan, dələduzluq əməlinə görə 9 il azadlıqdan məhrum edilən Elnur İbrahimovla bağlı yeni məhkəmə prosesi başlayır. 

Qaynarinfo xəbər verir ki, bu dəfəki məhkəmə Elnur İbrahimovun vaxtından əvvəl azadlığa çıxması ilə bağlıdır. 

Ötən il Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin qərarı ilə Elnur İbrahimov vaxtından əvvəl azad edilib. Onun cinayət işi üzrə zərərçəkmiş qismində tanınan vətəndaşlar isə bu qərarın ləğvini istəyirlər. Onlar dəymiş zərərin ödənilmədiyini əsas gətirərək Elnur İbrahimovun cəzasını sonadək çəkməsində israrlıdılar. Lakin Nigar Qədirlinin sözügedən qərarı barədə məlumatlı olmadıqlarına görə şikayət verə bilməyiblər. 

İndi isə onlar müddətin bərpasına çalışırlar. Sabah Bakı Apellyasiya Məhkəməsində mülki iddiaçıların bu məsələ ilə bağlı şikayətinə baxılacaq. 
Mülki iddiaçılar müddətin bərpasına nail olduqdan sonra Nigar Qədirlinin məlum qərarından şikayət verəcəklər. 

Mediada gedən məlumatlara görə, Elnur İbrahimov Elmira Axundovanın oğlu Həbib Axundovun da adı keçən dələduzluq mexanizminin kilid fiquru olub. İddialara görə, dələduzluğun qurbanı olanlar məhz Elmira Axundovanın oğlunun böyük biznes qurduğuna inanaraq pulları Elnur İbrahimova verib. Sonradan isə məlum olub ki, ortada heç bir biznes yoxdur. 

Pul yığılan dövrlərdə Həbib Axundovla yaxın olan Elnur İbrahimov sonradan dələduz kimi qabağa verilib. Axundovlar onu ölkədən qaçırsalar da, sonradan bu şəxsi tutaraq mühakimə etmək mümkün olub. 

Onu da qeyd edək ki, Elmira Axundova və Həbib Axundov bu məsələ mediaya çıxanda Elnur İbrahimovun onları da aldatdığını bildirib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->