
NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov həbs edilməsindən sonra ilk dəfə valideynləri ilə görüşüb.
Qaynarinfo.Az xəbər verir ki, bu haqda onun hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat yayıb.
Məlumat üçün bildirək ki, onunla yanaşı hərəkatın digər üzvü Qiyas Bayramov da həbs edilib.
B.Məmmədov və Q.İbrahimov 2016-cı il mayın 10-u axşam saatlarında yoxa çıxıblar. Mayın 12-də hər iki gəncin Nərimanov Rayon Polis İdarəsi yanında müvəqqəti saxlanma təcridxanasında saxlandıqları məlum olub. Elə həmin gün B.Məmmədov və Q.İbrahimov Xətai Rayon Məhkəməsinə aparılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bundan sonra Daxili İşlər Nazirliyi (DİN) gənclərin yaşadıqları mənzillərdən 1 kiloqramdan çox heroin tapıldığı barədə məlumat yayıb.
Gənclər bu ittihamları qəbul etmir və siyasi fəaliyyətlərinə görə həbs edilidklərini deyirlər.
Qaynarinfo.Az