Xəbər lenti

Hədiyyə Şəfaqətin “Kələ-kötür və hamar” adlı kitabı çap olundu
Sənət09:02 19.06.2020

Hədiyyə Şəfaqətin “Kələ-kötür və hamar” adlı kitabı çap olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hədiyyə Şəfaqətin "Kələ-kötür və hamar” adlı kitabı çap olunub.
Qaynarinfo xəbər verir ki, "Mücrü” nəşriyyatında çapdan çıxan kitaba yazıçının ötən illərdə yazılmış altı hekayəsi daxil edilib.
"Düzü, naşirin təklifi olmasaydı belə bir kitabın çapı nəzərdə tutulmamışdı.  Bir az qəfil oldu. Müşfiq xanın təklifiylə  müxtəlif illərdə yazılmış hekayələri bir daha gözdən keçirib yolladım. Əvvəl ancaq beş hekayənin daxil edilməsi nəzərdə tutulsa da sonradan dostlarımdan birinin təklifi ilə "Dağçı”  hekayəsini də əlavə etdik”- deyə müəllif  bildirib.
Qeyd edək ki, "Kələ-kötür və hamar” müəllifin "Qapı” - dan sonra ikinci, nəsr olaraq çap olunan ilk  kitabıdır.
Kitabı "Mücrü” nəşriyyatından və "AzərKitab” mağazasından əldə etmək mümkündür.