Həkimlərdən xəbərdarlıq: Dərhal müayinədən keçin (VİDEO)
Ölümlə nəticələnən xəstəlik içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Bakı Baş Səhiyyə Mərkəzinin hesabatına əsasən, təkcə yanvar ayı ərzində qeydə alınan ölüm hallarının 50 faizindən çoxu ürək və qan-damar xəstəliklərinin payına düşür.
Mütəxəssislər bu xəstəliklərin son dövrdə gəncləşməsini bildirirlər.
Həkim kardioloq Günay Məmmədova "ARB Xəbər"ə bildirib ki, vaxtında aşkarlanması bu xəstəliyin proqressivləşməsinin qarşısını alır. Əvəllər bu xəstəliyə 40-60 yaş arasında rast gəlinirdisə, indi 20 yaşdan yuxarı gənclər də ürək və qan-damar xəstəliklərindən əziyyət çəkirlər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər