
Dünən Binəqədi rayonu, Azadlıq prospektində yanan binada dünyasını dəyişənlərin harada dəfn ediləcəyi bəlli olub.
Qaynar.info xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova Lent.az-a açıqlamasında deyib ki, dünyasını dəyişən şəxslərdən ikisi Binəqədi rayonunda dəfn ediləcək. Şöbə müdiri qeyd edib ki, dünyasını dəyişən digər şəxslər doğulduqları və ya yaxınlarının dəfn edildikləri rayonlarda torpağa tapşırılacaqlar: “Balaca Fərəh Qubada dəfn ediləcək. Yas mərasimi isə Xaçmazda veriləcək. Ölkə başçısının göstərişinə əsasən hər bir dəfn mərasimi və dəfnin xərcləri müvafiq rayon icra hakimiyyəti tərəfindən qarşılanacaq”.
200/36 saylı binada həlak olanların
S İ Y A H I S I
№ | Həlak olanın A.S.A | Təvəllüd | Mənzil | Yerləşdiyi morq və dəfn yeri | Qeyd |
1. | Bağırov Sahib Rahim | 1969 | 53 | Binəqədi morqu, Badamdar |
|
2. | Bağırova Firəngiz Rahim | 1955 | |||
3. | Eyvazov Davud Namiq | 1999 |
45 |
Lökbatan |
Dəfn olunublar |
4. | Eyvazova Ülkər Namiq | 1995 | |||
5. | Şirinova Zülfiyyə Yavər | 1972 | |||
6. | Kərimova Nazilə Malik | 1978 | 55 | Masazır | 20 may tarixində dəfn olunacaqlar |
7. | Kərimova Ayan Anar | 2010 | |||
8. | Məhərrəmova Fərəh | 2012 |
| Qubada dəfn olunacaq, Mərasim Xaçmazda veriləcək |
|
9. | Boykova Lyubov Viktorovna | 1928 | 48 | Binəqədi morqu, Sulutəpə |
|
10. | Utyuşev Yuri Vladimiroviç | 1948 | |||
11. | Həsənova Alla Anatoliyevna | 1950 | 23 | Yasamal morqu, |
|
12. | Hüseynov Ayxan Şahin | 2013 |
| Mehdiabad qəsəbəsində dəfn olunub |
|
13. | Nəcəfzadə Yaşar | 1988 |
| Hacıqabul rayonunda dəfn olunub |
|
14. | Cavadov Ömər Vüqar | 2014 |
| Sabirabad rayonunda dəfn olunub |
|
Qaynar.info